Yanvar-aprel aylarında 5305 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 87,7 faizi yerli investisiyalı, 12,3 faizi xarici investisiyalı qurumlardır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, qeydiyyatdan keçən kommersiya qurumlarının 82 faizi elektron qaydada qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,2 faiz təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 681 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.