Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

2023.05.16 12:58 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artıb.

vergiler.az” Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1961,5 milyon manat təşkil edib ki, bunun da 91,6 faizi (1796,2 milyon manat) heyvandarlıq sahəsinin, 8,4 faizi (165,3 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.

2023-cü ilin yanvar-aprel aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2,8 faiz təşkil edib.