Mobil rabitə sektorunun gəlirləri artıb

2023.05.16 11:23 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 354,2 milyon manat təşkil edib. Bu barədə "vergiler.az"a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əldə olunan gəlirlərin həcmi 2022-ci ilin eyni dövrünə nisbətdə 31 milyon manat və ya 9,6 faiz artıb.

Bu ilin aprel ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 9,4 faiz və ya 7,9 milyon manat artaraq 92,1 milyon manat olub. Bu ilin mart ayı ilə müqayisədə isə bu göstərici 4,2 faiz və ya 3,7 milyon manat artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 38,5 faizini təşkil edib.

Ümumilikdə cari ilin ilk dörd ayında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 920,8 milyon manatlıq xidmət göstərilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. Xidmətlərin 77 faizi əhali tərəfindən istehlak olunub.