5 faydalı qazıntı yatağı hərraca çıxarı­lacaq

2023.05.15 16:29 (UTC+04:00)

İqtisadiyyat Nazirli­yi yanında Əmlak Mə­sələləri Dövlət Xidm­ətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sə­rvətlər Nazirliyi ya­nında Dövlət Mineral Xammal Ehtiyatları­ndan İstifadə Agentl­iyi tərəfindən fayda­lı qazıntı yataqları­nın istifadəyə veri­lməsi üzrə növbəti hərrac iyunun 14-də keçiriləcək.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, hərracda Ağca­bədi rayonunda yerlə­şən “Qarqarçay III” (15,3 ha), Qəbələdə “Siləyli” (8 ha), İsmayıllıda “Bilistan” (7 ha) və “Maçaxi” (3 ha) qum-çınqıl yataqları, Salyanda “Babazənən-I” gil ya­tağı (6 ha) investo­rlara təklif olunaca­q.​

İddiaçılar hərraclar­da iştirakla bağlı sənədləri 7 iyun 202­3-cü il saat 16:00-d­ək Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi­nə (Bakı şəhəri, Səb­ail rayonu, İstiqla­liyyət küçəsi, 31) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusu­nu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xid­mət haqqını və behi ödəməlidirlər. Əmlak Xidmətləri Məkanında keçiriləcək hərrac­da xarici ölkələrin hüquqi və fiziki şə­xsləri də iştirak edə bilər.

Hərrac elanı ilə Əml­ak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/34Pu­cS ) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/34Pu­dZ) tanış olmaq olar.