Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” təsdiqlənib.
“vergiler.az” AMB-yə istinadən xəbər verir ki, Strategiyanın məqsədi maliyyə sabitliyinin təmin edilməsi, artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiberdayanıqlığın gücləndirilməsidir.
Strategiya özündə beş strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləyir:
1. Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi;
2. Maliyyə bazarlarında kiberrisklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi;
3. Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması;
4. Maliyyə bazarlarında kiberdayanıqlığın gücləndirilməsi;
5. Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması.
Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də kiberdayanıqlığın gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.
“Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” ilə qeyd edilən link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3VZtIXB