Bu ilin sentyabr ayında Rusiyanın Moskva vilayətinin ixracatçılarının Azərbaycana biznes missiyası təşkil olunacaq.
“vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin İnvestisiyalar, Sənaye və Elm Nazirliyi məlumat yayıb.
İşgüzar missiyada ixrac istiqamətini inkişaf etdirən şirkətlər öz məhsullarını təqdim edəcəklər.
Tədbir çərçivəsində B2B formatda görüşlər keçiriləcək.