Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri  Gəncədə vətəndaşları qəbul edəcək

2023.05.11 17:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova mayın 19-da Gəncə şəhərində (ünvan: Gəncə şəhəri, Heydər Əliyev Mərkəzi) Gəncədən olan vətəndaşları qəbul edəcək.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Gəncə Ərazi İdarəsinə (telefon: 055 691 05 77, elektron ünvan: [email protected] ) 16 may saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.