Maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamı sahəsində tələblər

2023.05.11 14:40 (UTC+04:00)

Maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamları qanunvericilikdə həm ümumi normalardan irəli gələn tələblər, həm də qeyd edilən xidmət sahələri ilə bağlı xüsusi normalardan irəli gələn tələblərlə tənzimlənir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a bildirilib ki, istehsalı və ya satışı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Maliyyə, bank, investisiya və sığorta xidmətləri lisenziyalaşdırılan fəaliyyət növü olduğuna görə sözügedən xidmətlərin reklamlarında onların müvafiq lisenziyaya malik olması barədə məlumatlar əks olunmalıdır.

Qanunvericiliyin müəyyən etdiyi xüsusi tələblərə gəldikdə isə, maliyyə, bank, sığorta, investisiya xidmətləri, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır.

Məlumata əsasən, əlavə olaraq, maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamlarında bu hallar qadağandır:

İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildiyi halda, istehlakçılar aşağıdakılar barədə də məlumatlandırılmalıdır:

Yuxarıda qeyd edilən məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır.

Bank xidmətləri sahəsində reklama dair tələblərdən biri də bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada "bank" sözünün olmasıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.

İnvestisiya xidmətlərinin reklamlarında isə idarəçi və ya səhmdar investisiya fondu səhm və payların reklamı zamanı qeyri-dəqiq, təhrif edilmiş, habelə investisiya bəyannaməsinə zidd olan məlumatlardan istifadə etməməlidir. İnvestorların qərarlar qəbul etməsi üçün vacib olan məlumatların, o cümlədən risklər barədə məlumatların gizlədilməsinə yol verilmir.

Sığorta xidmətlərinin reklamı zamanı sığortaçı adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.

Ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilən reklamlara, həmçinin haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə maliyyə sanksiyaları və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur.

İstehlakçılar maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamı zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.