Bu ilin yanvar-mart aylarında Azərbaycanın İrlandiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 44 757,75 min ABŞ dolları və ya 80,5 faiz artaraq 100 369,04 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan İrlandiyaya 93 581,50 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 43 515,5 min dollar və ya 86,9 faiz çoxdur.
İrlandiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 22,4 faiz və ya 1 242,25 min dollar artaraq 55 611,29 min dollar təşkil edib.
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İrlandiya ilə ticarətin payı 0,85 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,35 faiz bəndi çoxdur.