Həştərxan və Azərbaycan limanları arasında müntəzəm gəmiçilik xəttinin təşkili təklif edilib

2023.05.08 15:48 (UTC+04:00)

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

vergiler.az” Həştərxan vilayəti başçısının rəsmi “Telegram” kanalına istinadən xəbər verir ki, görüşdə əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.

İ.Babuşkin Həştərxan və Azərbaycan limanları arasında müntəzəm gəmiçilik xəttinin təşkilini, habelə Həştərxan Xəzər klasterinin xüsusi iqtisadi zonaları ilə Azərbaycanın “Ələt” azad iqtisadi zonası arasında əməkdaşlığı inkişaf etdirməyi təklif edib.

Qeyd olunub ki, Həştərxan tərəfi sənaye əməkdaşlığı şərtləri əsasında yükdaşıyanlar, kimyəvi maddələr daşıyan gəmilər, bərə və tankerlər istehsal etməyə hazırdır.