Bu ilin yanvar-mart aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətdə 5,2 faiz artaraq 373 907,8 min ABŞ dolları təşkil edib.
“vergiler.az”ın Gürcüstan Milli Statistika İdarəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Gürcüstandan Azərbaycana 180 666,5 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 44,1 faiz üstələyir. Hesabat dövründə Azərbaycandan Gürcüstana idxal isə 16 faiz azalaraq 193 241,3 min dollar olub.
2023-cü ilin yanvar-mart ayları üzrə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 67,9 faiz təşkil edib. Azərbaycan bu siyahıda Türkiyə (673 705,8 min dollar), Rusiya (666 888,1 min dollar) və Çindən (376 023,7 min dollar) sonra dördüncü yerdə qərarlaşıb.