Naxçıvanda 830 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

2023.05.05 16:41 (UTC+04:00)

Aprel ayı ərzində Naxçıvan Muxtar Respublikasında 830 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, ötən ay 329 əmlaka dair texniki pasport, 307 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 636 texniki sənəd hazırlanıb.

Vətəndaşlardan daxil olan müraciətlər əsasında ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 57 daşınmaz əmlak obyektinə ünvan verilib. Məhdudiyyət və yüklülüyə dair 479 arayış tərtib olunub.

Hesabat dövründə Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim edilən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 102 müraciət qəbul edilərək icrası üçün aidiyyəti üzrə yönəldilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1050 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binası sənədləşdirilib.