Azərbaycan-Albaniya Hökumətlərarası Komissiyasının yaradılması razılaşdırılıb.
Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, razılıq Albaniyanın Tirana şəhərində keçirilən Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclasında əldə olunub.
İşçi Qrupu çərçivəsində birgə fəaliyyət və bu əməkdaşlıq formatının Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi planı, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ilə bağlı siyasi qərar Azərbaycan-Albaniya əlaqələrini dərinləşdirmək niyyətinin təzahürü kimi qeyd olunub.
İclasda ticarət və investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur, turizm, mədəniyyət, təhsil və elm sahələri üzrə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Albaniya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında və “yaşıl enerji” layihələrində əməkdaşlığa dəvət edilib.
İclasın yekunlarına dair Protokol imzalanıb.