"Şahdəniz" üzrə gəlirlərdə artım qeydə alınıb

2023.05.04 15:15 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 2 468 milyon ABŞ dolları təşkil edib.

vergiler.az”ın Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 430 milyon dollar və ya 14,8 faiz azdır.

Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi illik ifadədə 2,3 dəfə və ya 530,279 milyon dollar artaraq 935,754 milyon dollar təşkil edib.

O cümlədən cari ilin ilk dörd ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 197,763 milyon dollar əldə olunub ki, bu 2022-ci ilin yanvar-aprel aylarının göstəricisinə nisbətdə 2 dəfə və ya 100,768 milyon dollar çoxdur.