Bu ilin yanvar-mart aylarında Azərbaycanın Polşa ilə ticarət dövriyyəsinin ümumi həcmi 18 667,29 min ABŞ dolları və ya 71,5 faiz artaraq 44 775,68 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan Polşaya 5 035,92 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 4 066,18 min dollar və ya 5,2 dəfə çoxdur.
Polşadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 58,1 faiz və ya 14 601,11 min dollar artaraq 39 739,76 min dollar təşkil edib.
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Polşa ilə ticarətin payı 0,38 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,14 faiz bəndi çoxdur.