Azərbaycan-Albaniya İşçi Qrupunun ilk iclası keçiriləcək

2023.05.03 14:59 (UTC+04:00)

Mayın 4-də Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, tədbirdə ölkəmizi nazir Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.