Təmizlik vasitələrinin istehsalı layihəsi üzrə güzəştli kredit ayrılıb

2023.05.03 14:16 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən təmizlik vasitələrinin istehsalı layihəsi üzrə 190 min manat güzəştli kredit ayrılıb.

Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit “Turkuaz Kosmetik” MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi “Expressbank” ASC vasitəsilə həyata keçirilib.