1 milyon 200 min manatlıq xam ipək və ipək parça ixrac edilib

2023.05.02 16:52 (UTC+04:00)

Bu il ərzində Azərbaycan istehsalı olan xam ipək və ipək parça məhsulları İran və Türkiyəyə ixrac edilib. Bu barədə “vergiler.az”a “Azəripək” MMC-dən məlumat verilib.

Bildirilib ki, cari il ərzində İran və Türkiyəyə təxminən 1 milyon 200 min manat dəyərində xam ipək və ipək parça ixrac edilib. “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayılar isə yalnız daxili bazarda satılıb.
Son illər ərzində ilk dəfə olaraq, 2022-ci ildə Azərbaycanın ipək parçası xaricə - İrana ixrac edilib. İran keçən il təxminən 369 min dollar dəyərində 8 tona yaxın Azərbaycan ipəyi alıb.

Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ildə yaradılan “Azəripək” MMC sifarişlərdən asılı olaraq, xam ipək, ipək parça, kəlağayı, şərf və s. istehsal edir.