20 may tarixində “Vergi riskləri” adlı panel müzakirəsi keçiriləcək.
“vergiler.az” xəbər verir ki, sual-cavab formatında təşkil olunacaq tədbirin konsept mesajının “Vergi və Mühasibatlıq Zirvəsinin 1 saylı əlavəsi” olması nəzərdə tutulub.
Panel müzakirəsi zamanı iştirakçıları maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılacaq, vergi sahəsinin aktual məsələləri müzakirə olunacaq.
Tədbirə 300-dək mütəxəssis və rəhbər şəxslərin qatılması gözlənilir.