Bu ilin yanvar-mart aylarında Azərbaycandan İsrailə 445 682,27 min ABŞ dolları dəyərində 710 896,11 ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 35,8 faiz (117 602,01 min dollar), həcm baxımından isə 36,4 faiz (189 863,96 ton) üstələyir.
Təkcə cari ilin martında bu ölkəyə 114 144,44 min dollar dəyərində 181 923,65 ton xam neft məhsulları ixrac edilib ki, bu da fevral ayı ilə müqayisədə dəyər ifadəsində 19 671,64 min dollar (20,8 faiz), həcm olaraq isə 34 891,49 ton (23,7 faiz) çoxdur.