Aqrar Sığorta Fondu tərəfindən rayonlarda sığortalanan meyvə bağları və əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətləri araşdırılır.
Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, müraciətlər müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır.
Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.