Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib

2023.05.01 14:47 (UTC+04:00)

Belqradda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, turizm, təhsil, İKT, kənd təsərrüfatı və əczaçılıq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Biznes forumda AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nümayəndələri iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış ediblər.

Tədbirdə həmçinin Serbiya və Azərbaycanın investisiya mühiti, o cümlədən ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar, eləcə də Qarabağda aparılan bərpa işləri ilə bağlı videoçarx nümayiş olunub.

Forum B2B formatda görüşlər ilə davam edib.