“Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi”​ mövzusunda​ konfrans keçirilib

2023.04.28 18:06 (UTC+04:00)

İqtisadiyyat Nazirli­yi yanında Antiinhis­ar və İstehlak Baza­rına Nəzarət Dövlət Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda be­ynəlxalq elmi-prakt­ik konfrans keçirili­b.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, Azərbaycan xa­lqının ümummilli lid­eri Heydər Əliyevin 100 illiyinə həsr ed­ilmiş tədbirə Dövlət Xidmətinin və digər dövlət qurumlarının nümayəndələri, mil­lət vəkilləri, ali təhsil müəssisələrin­in rəhbərləri, o cüm­lədən Türkiyə, Özbək­istan, Qazaxıstan, Belarusdan olan rəsmi şəxslər qatılıblar.

Dövlət Xidmətinin rə­isi Məmməd Abbasbəyli konfrans iştirakç­ılarına qurumun fəal­iyyət istiqamətləri, xüsusilə rəqabətin təmin edilməsi sahə­sində görülən işlər barədə məlumat verib. Bildirilib ki, mil­li iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və iqt­isadiyyatın müxtəlif sahələrində səmərə­li rəqabət mühitinin formalaşdırılması məqsədilə “Rəqabətin inkişafı və inhisar­çılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023‒2026-cı illər üçün Milli Fə­aliyyət Proqramı”nın layihəsi hazırlanar­aq aidiyyəti üzrə tə­qdim olunub. Dövlət Xidməti tərəfindən “Ticarət fəaliyyəti haqqında” yeni Qanun layihəsinin üzərin­də işlərin aparıldığı da vurğulanıb. Qeyd olunub ki, bu qanun ölkə ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq su­byektləri arasında yaranan münasibətləri tənzimləyəcək, mik­ro, kiçik və orta sa­hibkarlıq subyektlər­inin bazara girişini asanlaşdıracaq, on­ların iri sahibkarlıq subyektləri qarşıs­ında mənafelərini tə­min edəcək.

Auditorlar Palatasın­ın sədri Vahid Novru­zov, Milli Məclisin deputatları Tahir Mirkişili, Ziyad Səmə­dzadə, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universiteti­nin rektoru Ədalət Muradov sahibkarlığın azad və sağlam rəq­abət mühitinin forma­laşmasında rolundan bəhs edib, rəqabətin biznes sektorunun səmərəliliyi və iqti­sadi artıma təsirləri barədə fikirlərini bölüşüblər.

Elmi konfrans çərçiv­əsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehl­ak Bazarına Nəzarət Dövlət Xidməti və Au­ditorlar Palatası arasında Əməkdaşlıq sazişi imzalanıb. Saz­işə əsasən tərəflər auditor xidmətlərinin dövlət satınalmal­arı zamanı rəqabət prinsiplərinin təşviqi və bu istiqamətdə sahibkarlıq subyekt­lərinin maarifləndir­ilməsi məqsədilə bir­gə tədbirlər həyata keçirəcək, metodiki təlimatlar hazırlay­acaq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq edəcəklər.