Finlandiya Bakı Limanı üzərindən yüklərin daşınması imkanlarını araşdırıb

2023.04.28 17:39 (UTC+04:00)

Finlandiya biznes dairələri tərəfindən Bakı Limanı vasitəsilə Mərkəzi Asiya ölkələri, Çin və əks istiqamətdə yüklərin daşınması imkanları araşdırılıb.

vergiler.az” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir ki, bu gün Finlandiyanın ölkəmizdəki səfiri Kirsti Narinenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Səfiri Finlandiyanın aparıcı biznes nümayəndələri müşayiət edib.

Səfər zamanı tərəflər Avropa və Asiya arasında mühüm körpü olan Bakı Limanının regiondakı strateji mövqeyini müzakirə ediblər.