Bu ilin yanvar-mart ayları ərzində 108 811 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 88,2 faiz artım qeydə alınıb.
Qeydiyyata alınan ipoteka müqaviləsinin sayı isə ötən ilin eyni dövrünə nisbətdə 17,7 faiz artaraq 17 714 ədəd təşkil edib.