Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb

2023.04.28 10:15 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları ərzində 129 751 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,9 faiz çoxdur.

Cari ilin ilk 3 ayı ərzindəki göstəricinin 22 223-ü (17,1 faizi) ilkin, 107 528-i (82,9 faizi) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 23,6 faiz artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 11 458-i fərdi yaşayış və bağ evi, 22 451-i mənzil, 93 097-si torpaq sahəsi, 753-ü qeyri-yaşayış binası, 1 797-si qeyri-yaşayış sahəsi, 163-ü əmlak kompleksi, 32-si isə çoxmərtəbəli yaşayış binasıdır.

Cari ilin ilk rübündə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 22 323-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.