Sahibkarlığın İnkişafı Fondu (SİF) və Serbiya İnkişaf Fondu arasında onlayn görüş keçirilib.
SİF-dən “vergiler.az”a verilən məlumata görə, hər iki qurumun nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanda və Serbiyada sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlərə toxunulub.
Görüş çərçivəsində qurumlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib.