Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb

2023.04.26 15:52 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1441 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bunların 87,6 faizi fiziki şəxslər, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,3 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 36 dəfə artıb.

Cari ilin birinci rübündə kommersiya qurumlarının 40 faizi elektron qaydada, 60 faizi kağız daşıyıcılar vasitəsilə edilən müraciətlər əsasında uçota alınıb.