Bu ilin birinci rübündə ölkə üzrə 4 799,2 hektar sahədə buğda əkilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 16,6 faiz üstələyir.
“vergiler.az” Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə vələmirin əkin sahəsi 2,6 faiz artırılaraq 4 659,5 hektara, qarğıdalının əkin sahəsi isə 28,3 faiz artırılaraq 2 767,4 hektara çatdırılıb.
Ümumilikdə cari ilin yanvar-mart aylarında qarğıdalı istisna olmaqla 15 536,7 hektarda dənli və dənli paxlalı bitkilər əkilib ki, bu da ötən ilin ilk rübünün göstəricisindən 4,1 faiz çoxdur.