İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) "vergiler.az"a verilən məlumata görə, İZİA-nın və Sahibkarlığın İnkişafı Fondunun (SİF) birgə təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda tədbir keçirilib.
“Sahibkarlar Günü”nə həsr olunmuş tədbirdə İZİA-nın idarəçiliyində olan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinə SİF-in güzəştli kredit mexanizmləri barədə məlumat verilib. Həmçinin “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, sahibkarların sualları cavablandırılıb.