"vergiler.az" xəbər verir ki, bunu "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransda çıxış edərkən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
"Sektor üzrə atılan addımlar son illər artım tempi ilə müşahidə edilən bir inkişafa gətirib çıxarıb. Belə ki, 2015-ci ildə ölkədə kartlarla ödəniş 1,1 milyard manat idisə, 2021-ci ildə bu məbləğ 11,2 milyard manata yüksəlmişdir. 2022-ci ildə isə bu göstərici iki dəfədən çox artaraq 24,2 milyard manata çatıb",- deyə Z.Nuriyev qeyd edib.