Sumqayıt Kimya Sənaye Parkında istehsal edilən məhsulun dəyəri 7,366 milyard manata çatıb

2023.04.25 14:05 (UTC+04:00)

"vergiler.az" xəbər verir ki, bunu "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransda çıxış edərkən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, 2,674 milyard manat dəyərində məhsul xarici bazarlara ixrac edilib.

Nazir müavini əlavə edib ki, ötən il sənaye zonalarının ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalında xüsusi çəkisi 16,7 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə payı 29,5 faiz təşkil edib.

Qeyd edilib ki, hazırda ölkədə 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunur.