Seulda Azərbaycan-Cənubi Koreya biznes forumu keçiriləcək

2023.04.20 17:49 (UTC+04:00)

May ayının sonunda Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçiriləcək.

vergiler.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, iclas çərçivəsində biznes forum və Cənubi Koreyanın bir sıra təşkilatları və texnoloji şirkətləri ikitərəfli görüşlər təşkil olunacaq.