Özbəkistanla ticarət dövriyyəsi artıb

2023.04.20 10:22 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 13 052,6 min ABŞ dolları və ya 43,4 faiz artaraq 43 115,85 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan Özbəkistana 11 059,44 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 1 339,72 min dollar və ya 13,8 faiz üstələyir.

Özbəkistandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 57,6 faiz və ya 11 712,88 min dollar artaraq 32 056,41 min dollar təşkil edib.

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 0,36 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,09 faiz bəndi çoxdur.