Bu ilin yanvar-mart aylarında Stavropoldan (Rusiya Federasiyası) Azərbaycana quş əti ixracının həcmi 2,3 dəfə artıb.
“vergiler.az” xəbər verir ki, bu barədə Stavropol mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, ötən dövr ərzində bölgədən Azərbaycana 2,3 milyon ABŞ dolları dəyərində məhsul göndərilib ki, bu da 2022-ci ilin birinci rübünün göstəricisini 1,3 milyon dollar üstələyir.
Stavropolun yeyinti sənayesi müəssisələri ixracını 17 faiz artıraraq 112 milyon dollara çatdırıb ki, bunun da böyük hissəsi yüksək əlavə dəyərə malik emal məhsullarına aiddir.
Bütün ixrac səbətinin (un, quş əti və heyvan yemi) 14 faizi Azərbaycanın payına düşür.
Stavropoldakı un istehsalçılarının beynəlxalq tədarükü 15 faiz artıb. Bu kateqoriyadan olan məhsulların ixracının 85 faizi Azərbaycana tədarük edilir.