İnquşetiyadan ölkəmizə hinduşka əti tədarük ediləcək

2023.04.19 09:43 (UTC+04:00)

İyunun sonunadək İnquşetiya Azərbaycana hinduşka ətinin ilk tədarükünə başlayacaq.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Yujnı” quşçuluq kompleksinin baş direktoru Adam Kostoyev məlumat verib.

Onun sözlərinə görə, dondurulmuş məhsulların tədarükü nəzərdə tutulub.

"Tezliklə biz Azərbaycana tədarüklərə başlamağı planlaşdırırıq, daha dəqiq desək, artıq müqaviləmiz var və ona əsasən biz ilk məhsulları təxminən may-iyun aylarında yola salacağıq. Tədarüklərin həcmi ehtiyacdan asılı olacaq", - A.Kostoyev bildirib.