Bu ilin yanvar-mart aylarında beynəlxalq və yerli bazarlarda 8,3 min unsiya qızıl, 33,5 min unsiya gümüşün satışı nəticəsində ümumilikdə 27,9 milyon manat vəsait əldə edilib.
“AzerGold” QSC-dən “vergiler.az”a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl satışının həcmində 14 faiz, gümüş satışı həcmində 79 faiz, ümumi satış gəlirlərində isə 13,9 artım qeydə alınıb.
Ümumi satış göstəricilərinə 7,3 min unsiya qızıl, 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13,4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində müvafiq olaraq, 15 faiz və 7,6 faiz artım olub. Bu ilin ilk rübü üzrə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait 24,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərində 12,6 faiz artım deməkdir.