Bu ilin yanvar-mart aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 178,161.3 min ABŞ dolları və ya 12,3 faiz artaraq 1 621 428,67 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan Türkiyəyə 1 057 609,04 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 96 535,45 min dollar və ya 10 faiz üstələyir.
Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 16,9 faiz və ya 81 625,85 min dollar artaraq 563 819,63 min dollara çatıb.
Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 13,77 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,54 faiz bəndi çoxdur.