Jeroyen Reynenberq: “Azərbaycanla əməkdaşlığın ən perspektivli sahələrindən biri turizmdir”

2023.04.18 10:26 (UTC+04:00)

İndoneziya əlverişli təbii şəraitə malikdir, ölkənin iqtisadi inkişafı sayəsində bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan turistlərin axını üçün böyük potensial var. Bunu “vergiler.az”a indoneziyalı iqtisadiyyat eksperti, SBDI (Biznesin Davamlı İnkişafı və İnnovasiyalar) Mərkəzinin təsisçisi Jeroyen Reynenberq deyib.

“Çoxlu sayda turistin cəlb edilməsində uğur qazanmaq, əsasən, sadələşdirilmiş viza sayəsində ölkəyə asan girişlə bağlıdır. Bundan əlavə, qiymətlərin nisbətən aşağı olması da böyük əhəmiyyət kəsb edir”, - ekspert qeyd edib.

Onun fikrincə, ölkələr arasında kulinariya mübadiləsi kulinariya məhsullarının ixracını artırmaq üçün əlverişli konsepsiyadır.

“Bunlarla yanaşı, enerji sektoru əməkdaşlığın mühüm sahəsidir. Bu mövzuda hər iki ölkənin müvafiq qurumları danışıqlar aparırlar.

Ötən ilin aprelində iki ölkənin energetika nazirləri tərəfindən imzalanmış Anlaşma Memorandumunun konkret fəaliyyət və nəticələrlə müşayiət olunması gözlənilir”, - ekspert qeyd edib.

Tamilla MƏMMƏDOVA