Azərbaycan traktor istehsalını artırıb

2023.04.18 09:44 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə 228 ədəd traktor istehsal olunub.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə traktor istehsalı 82,4 faiz və ya 103 ədəd artıb.

Cari ilin fevral ayı ilə müqayisədə isə martda artım 1,6 faiz təşkil edib. Mart ayında ölkədə 64 traktor istehsal olunub. Aprel ayının 1-nə hazır məhsul ehtiyatı isə 15 traktor təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə ölkədə 588 traktor istehsal olunub.