Yük və sərnişin daşımalarında artım qeydə alınıb

2023.04.17 16:51 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,4 faiz və 22,8 faiz artıb.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 52,5 milyon ton yük daşınıb.

Yüklərin 3,5 faizi dəniz, 8,5 faizi dəmir yolu, 0,1 faizi hava, 54,0 faizi avtomobil nəqliyyatı, 33,9 faizi isə boru kəməri ilə daşınıb.