Azərbaycan və Çin limanları arasında Anlaşma Memorandumu imzalanıb

2023.04.17 14:57 (UTC+04:00)

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Çinin Qinqdao Limanı arasında Anlaşma Memorandumu imzalanıb.

vergiler.az” xəbər verir ki, Memorandumun əsas məqsədi Azərbaycan ərazisindən keçən Orta Dəhliz üzrə daha böyük həcmdə tranzit yük daşımalarının cəlb edilməsi, limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığın formalaşdırılması və inkişafıdır.

Memorandumuna əsasən, Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin Orta Dəhliz vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq.