Naxçıvanda obyektlərin 70,2 faizində yeni nəsil NKA quraşdırılıb

2023.04.17 13:46 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, 2023-cü il aprelin 1-nə muxtar respublika ərazisində 1415 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

Cari ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,4 milyon manatdan çox, mart ayında isə ilin əvvəli ilə müqayisədə 2,2 dəfə çox olub.