Bu ilin yanvar-mart aylarında Azərbaycandan 7 591,04 min ABŞ dolları dəyərində 5 831,54 ton nar ixrac edilib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 5 392,82 min dollar və ya 3,4 dəfə, həcm baxımından isə 4 415,98 ton və ya 4,1 dəfə çoxdur.
Qeyd edək ki, cari ilin ilk rübündə bu məhsulun ümumi ixracda xüsusi çəkisi 0,1 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,83 faizə bərabər olub.