Şahmat turniri davam edir

2023.04.17 11:19 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri davam edir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, İsveçrə sistemi üzrə keçirilən turnirin 4-6-cı turları aprelin 15-də baş tutub, iştirakçılar aktivlərinə əlavə xallar yazdırıblar.

Turnirin sonuncu - 7-9-cu turları aprelin sonunda keçiriləcək.