Sement ixracı 37 faizədək artıb

2023.04.17 10:20 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 6 855,64 min ABŞ dolları dəyərində 130 228,96 ton hazır və ya klinker formasında sement ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2 438,06 min dollar və ya 1,9 faiz, həcm baxımından isə 1 840,7 ton və ya 36,7 faiz çoxdur.

2023-ci ilin ilk rübündə sementin ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,75 faizə bərabər olub.