Sahibkarlığın İnkişafı Fondu tərəfindən tingçilik təsərrüfatlarını yerli istehsal olan sağlam əkin materialı ilə təmin etməyi hədəfləyən layihə üzrə 200 min manat güzəştli kredit ayrılıb.
Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit “Quba Ting” MMC-yə verilib.
Layihənin maliyyələşdirilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilib.