Bu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət əməliyyatlarının həcmi 11 771,19 milyon ABŞ dolları təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 863,12 milyon dollar və ya 7,9 faiz çoxdur.
Cari ilin ilk üç ayında ixrac əməliyyatları 7 741,33 milyon dollar olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 239,6 milyon dollar (3 faiz) azdır.
Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 1 102,72 milyon dollar (37,7 faiz) artaraq 4 029,86 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarətində 3 711,47 milyon dollar məbləğində müsbət saldo yaranıb.