Azərbaycan Rusiyaya pomidor tədarükündə birinci yerdədir

2023.04.14 14:16 (UTC+04:00)

2022-ci ilin yekunlarına görə, Azərbaycan 37 faiz idxal payı ilə Rusiyaya pomidor tədarükündə ilk üç ölkə arasında birinci yeri tutub.

"vergiler.az" Rusiyanın “Milli Meyvə və Tərəvəz İstehsalçıları İttifaqı”na istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Federal Gömrük Xidmətinin hesabatında deyilir.

Qeyd olunur ki, tədarük həcmlərinə görə Türkmənistan ikinci, Türkiyə isə üçüncü yerdədir.

Hesabat ilində Rusiyaya istixana tərəvəzlərindən ən çox pomidor idxal edilib - təxminən 371 min ton. Ötən il ölkəyə cəmi 41,5 min ton xiyar gətirilib. Hər iki halda həcmlərdə nəzərəçarpacaq azalma müşahidə olunub - müvafiq olaraq 13,1 və 11,5 faiz.