Dövlət Vergi Xidməti ali təhsil müəssisələrində təqdimat və təlimlər keçirib

2023.04.14 13:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tələbələr üçün təşkil olunan sayca ikinci “Yay Təcrübə Proqramı” çərçivəsində 12-14 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetində 500-dən çox tələbəyə proqramın təqdimatını keçirib və vergi mövzusunda təlimlər təşkil edib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, təqdimatlarda DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları tərəfindən tələbələrə keçiriləcək təcrübə proqramı haqqında ətraflı məlumat verilib, proqramda iştirak üçün qeydiyyat prosesi və seçim mərhələləri barədə zəruri qeydlər çatdırılıb. Təqdimatdan sonra DVX-nin Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Vergi öhdəlikləri və onların yerinə yetirilməsi” və “Vergi məsuliyyəti nədir?” mövzuları üzrə təlimlər keçirilib.

Xatırladaq ki, “Yay Təcrübə Proqramı”na qeydiyyat cari ilin aprel ayının 30-na qədər davam etdirilir. Müraciət aşağıdakı linkə keçməklə mümkündür: